• Bakı 21° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Keçmiş məhkumdan silah götürüldü - FOTO

HADİSƏ

08 Iyun 2023 | 08:55

Keçmiş məhkumdan silah götürüldü - FOTO

Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Orxan Abdullayev saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Wolter P-38” markalı tapança, həmin silaha aid 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

08 May 2025