• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bakıda boş ərazidə yanğın söndürüldü - YENİLƏNİB

HADİSƏ

07 Iyul 2023 | 13:43 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda boş ərazidə yanğın söndürüldü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi yaxınlığında yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

    Əməliyyat şəraiti qiymətləndirilən zaman təkər tullantılarının yandığı məlum olub. Yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    ***

    13:33

    Bakıda boş ərazidə təkər tullantıları yanır.

    Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

    Qeyd olunub ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsi yaxınlığında yanğın olması barədə ilkin məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

    Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. İlkin məlumata əsasən, boş ərazidə təkər tullantıları yanır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    15 Noyabr 2026
    14 Noyabr 2026