• Bakı 16° C

    3.34 m/s

Avtomobil saxlanıldı -  Sərnişinin axtarışda olduğu üzə çıxdı

HADİSƏ

24 Mart 2023 | 19:52

Avtomobil saxlanıldı - Sərnişinin axtarışda olduğu üzə çıxdı

Sabirabadda 30 min manatdan çox pulu oğurlayan şəxs tutulub.

DİN Mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, DYP əməkdaşları tərəfindən “Toyota” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Maşında olan sərnişin Mirkamil Səmidovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib. M.Səmidov saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə təhvil verilib.

Araşdırmalarla onun fevralın 20-də rayon ərazisindəki evlərin birindən 100 manat, 10750 ABŞ dolları və 12050 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Müvafiq tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026