• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Lerikdə FACİƏ: Bir ailənin 4 üzvünü "tok" vurub öldürdü - YENİLƏNİB

HADİSƏ

23 Aprel 2023 | 14:36 | Müəllif: Subhan Mahmudov

Lerikdə FACİƏ: Bir ailənin 4 üzvünü "tok" vurub öldürdü - YENİLƏNİB

Lerikdə elektrik cərəyanı vurması nəticəsində ölən ailə üzvlərinin şəxsiyyəti müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Lerik rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 1941-ci Il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B (azyaşlının ad və soyadı şərtidir) vəfat edib.

 

14:05

Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lerik rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026