• Bakı 15° C

    1.79 m/s

Bakıda ev yandı

HADİSƏ

22 May 2023 | 08:42 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda ev yandı

Bakıda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, yanğın paytaxtın Səbail rayonunda qeydə alınıb.

Belə ki, Səbail rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan yaxınlıqda olan evin 1 ədəd pəncərə çərçivəsi qismən qarsalanıb.

Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026