• Bakı 22° C

    3.54 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Qadın sərnişinə qarşı qeyri-etik hərəkət - Taksi sürücüsü həbs edildi

HADİSƏ

20 Iyun 2023 | 23:02

Qadın sərnişinə qarşı qeyri-etik hərəkət - Taksi sürücüsü həbs edildi

Bakı şəhərində taksi sürücülərinin qeyri-etik hərəkətləri və qanunsuz fəaliyyətləri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, daha bir neqativ halla bağlı daxil olan müraciət üzrə “Hunday-Accent” markalı 77-CS-641 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla məlum olub ki, taksi sürücüsü 1994-cü il təvəllüdlü Məhəmməd Bəxtiyar oğlu Rzayev iyunun 11-də saat 03 radələrində 25 yaşlı xanımın hava limanı istiqamətinə sifariş qəbul etməklə digər ünvana hərəkəti dəyişdirməklə yolda ona qarşı qeyri-etik hərəkətlər edib.

Onun barəsində Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanılmaqla həbs edilib.

İstintaq hərəkətləri davam etdirilir.


SON XƏBƏRLƏR

22 May 2025