Sabirabadda "VAZ" markalı minik avtomobilində yanan şəxsin kimliyi məlum olub.
Bakıvaxtı.az "report"a istinadən bildirir ki, avtomobildə qeydə alınan yanğın nəticəsində Rasim Balakişiyev yanıq xəsarəti alıb.
Qeyd edək ki, hadisə zamanı avtomobilin salonu və idarəetmə lövhəsi yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
















