Bu gün Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Siyəzəndə baş verən qəzanın bəzi təfərrüatları məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Şabran rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu idarə etdiyi “Audi” markalı, 99-DN-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində hərəkətdə olarkən idarəetməni itirərək yolun hərəkət hissəsindən kənarda dayanan “Mercedes” markalı, 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində sürücü N.Məmmədov xəsarət alıb, avtomobildə olan 3 nəfər sərnişin isə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
15:52
Siyəzən rayonunda ağır yol qəzası olub, 3 nəfər ölüb, 2-si yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində 2006-cı il təvəllüdlü Abbasov Nihad Babək oğlu və digər iki nəfər şəxs dünyasını dəyişib, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu və 2006-ci il təvəllüdlü Abbasov Rəvan Malik oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
N.Abbasovun və digər iki şəxsin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib. Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır. /Report
















