Bakıda yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə edilib.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 101 m² olan 4 otaqlı mənzilin 1 otağının və eyvanının yanar konstruksiyaları 26 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin tavan örtüyü 7 m² sahədə əriyib. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
11:41
Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə baş verən yanğının qarşısı alınıb.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.
***
11:31
Bakıda yaşayış binası yanır.
Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, metronun "Azadlıq" stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzillərin birində yanğın başlayıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.
Nazirlikdən isə bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. /Report


jpg-1678692808.jpg)













