Bakının Nizami rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1990-cı il təvəllüdlü Teyran Qabil oğlu Cəfərov və 1999-cu il təvəllüdlü Məsud Əzizağa oğlu Hüseynov xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar və həkim nəzarətinə götürülüblər.
Hadisənin təfərrüatı araşdırılır.


jpg-1681279884.jpg)
jpg-1683871770.webp)
jpg-1683869194.webp)








jpg-1683726692.webp)


