• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

İtlər ahıl qadına hücum etdi

HADİSƏ

11 May 2023 | 16:06

İtlər ahıl qadına hücum etdi

İsmayıllı rayon sakini itlərin hücumuna məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün rayonun Qubaxəlilli kənd sakini, 1956-cı il təvəllüdlü Yusifova Aidə İlyas qızına yaşadığı evin həyətində itlər hücum edib. Sahibsiz küçə itləri yerə yıxılan ahıl yaşlı qadının üz, baş və çiyin nahiyyəsindən dişləyərək xəsarət yetiriblər.  

O, təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə aparılıb. Tənha yaşayan qadının xəsarətləri ağır olduğu üçün ona quduzluğa qarşı vaksin vurulub, hazırda xəstəxanada müalicə olunur. /Unikal.az
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026