• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Qadının attraksiondan yıxılaraq ölməsi araşdırılır - Prokurorluq - YENİLƏNİB

HADİSƏ

10 Iyun 2023 | 12:15

Qadının attraksiondan yıxılaraq ölməsi araşdırılır - Prokurorluq - YENİLƏNİB

Abşeron Rayon Prokurorluğunda qadının atraksiondan yıxılaraq ölmasi faktı araşdırılır.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 8-i Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
 

10:06

Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyeva Minayə Rasim qızı iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb.

Belə ki, 36 yaşlı qadın dairəvi hərəkət edən 5 qoşqudan ibarət, delfin şəkilli karuselin 2-ci qoşqusundan yıxılıb. O, qarının küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II  və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub.

M.Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib.


SON XƏBƏRLƏR

18 Mart 2024