• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Naxçıvanda tikinti uçdu - xəsarət alanlar var

HADİSƏ

09 Iyul 2023 | 19:28 | Müəllif: Subhan Mahmudov

Naxçıvanda tikinti uçdu - xəsarət alanlar var

Naxçıvanın Kəngərli rayonunda tikinti uçub, iki usta ciddi xəsarət edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün rayonun Qıvraq qəsəbəsində qeydə alınıb.

    Tikilinin uçması nəticəsində Kəngərli rayon Şahtaxtı kənd sakini, 1965-ci il təvəllüdlü Babayev Elşən İsmayıl oğlu və Kəngərli rayon Xok kənd sakini, 1961-ci təvəllüdlü Pənahov Vaqif Firudin oğlu dağıntının altında qalıblar. Qəsəbə sakinlərinin köməkliyi ilə zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR