• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Abşeronda kol-kos, Binəqədidə mazut qalıqları yandı

HADİSƏ

08 Avqust 2023 | 16:54

Abşeronda kol-kos, Binəqədidə mazut qalıqları yandı

Abşeron rayonunda Bakı-Şamaxı avtomobil yolunun 2-ci kilometrliyində yol kənarında 1 ha sahədə quru ot və kol-kos yanıb.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, ətraf ərazilər və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi yaxınlığında açıq ərazidə 200 m² sahədə mazut qalıqları və məişət tullantıları yanıb. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR