• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Abşeronda yaşayış binasında yanğın oldu - 15 nəfər təxliyə edildi

HADİSƏ

08 Avqust 2023 | 17:14

Abşeronda yaşayış binasında yanğın oldu - 15 nəfər təxliyə edildi

Abşeronda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Güzdək qəsəbəsində onmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində hər birinin ümumi sahəsi 69 m² olan iki üçotaqlı mənzilin eyvanının yanar konstruksiyaları ümumilikdə 6 m² sahədə və 2 ədəd plastik qapı yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR