• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Söykəndiyi avtomobil hərəkət etdi - Yıxılıb öldü

HADİSƏ

08 Avqust 2023 | 14:55

Söykəndiyi avtomobil hərəkət etdi - Yıxılıb öldü

Astara rayonunda üç gün əvvəl söykəndiyi avtomobilin hərəkət etməsi nəticəsində yıxılaraq xəsarət alan şəxs ölüb.

Bakıvaxtı.az xəbər verir ki, avqustun 5-də şəhərin Qum küçəsində 1942-ci il təvəllüdlü şəhər sakini Əlisəfa İbrahimov yol ayrıcında olduğu zaman halı pisləşib.

O, yıxılmamaq üçün işıqforda dayanan avtomobilin arxa tərəfinə söykənib. Amma o, avtomobil hərəkət edən zaman yerə yıxılıb və xəsarət alıb.

Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən 81 yaşlı kişi orada müalicə aldıqdan bir gün sonra evə buraxılıb.

O, bu gün evində dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026