• Bakı 8° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Cəlilabadda mikroavtobus aşdı: 8 nəfər xəsarət alıb - YENİLƏNİB

HADİSƏ

11 May 2023 | 20:24 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda mikroavtobus aşdı: 8 nəfər xəsarət alıb - YENİLƏNİB

Cəlilabad rayonunda yol qəzasında yaralanan şəxslər kartof sahəsindən qayıdan fəhlələr olub.

Bakıvaxtı.az-ın məlumatına görə, "QAZel" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. 

Hadisədə 8 nəfər xəstəxanaya müraciət edib. Yaralılar fərdi maşınlar və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. 

Qəzaya səbəb kimi mikroavtobusun sükanında yaranmış problem göstərilir.

 

20:17

Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində mikroavtobus aşıb.

Bakıvaxtı.az-ın məlumatına görə, nəticədə 10-na yaxın şəxs xəsarət alıb.

Hazırda yaralılar xəstəxanaya aparılır.

Faktla bağlı araşdırma başlayıb./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR