• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Fəhlənin ölməsilə bağlı cinayət işi AÇILDI

HADİSƏ

13 Mart 2023 | 11:34

Fəhlənin ölməsilə bağlı cinayət işi AÇILDI

Fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Abşeron rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, martın 11-i saat 03 radələrində Abşeron rayonu ərazisində yerləşən kərpic zavodlarının birində fəhlə işləyən 1995-ci il təvəllüdlü Elşən Babayevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Elşən Babayevin zavodda quraşdırılmış dəzgaha yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026