Bakıda Yol Patrul Xidmətinin (YPX) əməkdaşını avtomobil vuraraq xəsarət yetirib.
Bakıvaxtı.az xəbər verir ki, paytaxt ərazisində avtomobil 1987-ci il təvəllüdlü İsmayılov Elşad Səfər oğlunun xidmət zamanı ayağının üzərindən keçib.
Xəsarət alan polis əməkdaşı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır./report


jpg-1678771268.webp)












