• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

HADİSƏ

13 Mart 2023 | 17:57

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Xəbər verdiyimiz kimi, ötən gün Goranboyda toydan qayıdanlar qəzaya düşüb, 2 nəfər həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, qəza zamanı ölən 2000-ci il təvəllüdlü Ayxan İsgəndərov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Qeyd edək ki, Ayxan İsgəndərovun 3 qardaşı var. Onların hamısı DİN əməkdaşıdır.

Xatırladaq ki, hadisə gecə saatlarında Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "RAV 4" və "Mercedes CLS" markalı minik maşınları yolun kənarında dayanıblar. Bu zaman Goranboy rayon sakini 1992-ci il təvəllüldü Abbas Abbasov idarəetdiyi "Mercedes" markalı minik maşını ilə üzü Bakı istiqamətdə olarkən idarəetməni itirərək digər nəqliyyat vasitələrinə çırpılıb. Nəticədə "RAV 4"ün sürücüsü 2000-ci il təvəllüdlü Ayxan İsgəndərov və "Mercedes CLS"nin sürücüsü 1986-cı il təvəllüdlü Rəşad Hüseynov ölüblər. /Unikal.az
 


Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLARVətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLARVətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLARVətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLARVətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026