• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Avtomobil körpüdən aşdı -  Xəsarət alanların sayı 7-yə çatdı - ADLAR - YENİLƏNİB

HADİSƏ

12 Aprel 2023 | 15:56

Avtomobil körpüdən aşdı - Xəsarət alanların sayı 7-yə çatdı - ADLAR - YENİLƏNİB

Şəmkir rayonunun Qədimqala kəndi ərazisində minik avtomobilinin körpüdən aşması nəticəsində xəsarət alanların sayı 7-yə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı daha bir nəfər - 2020-ci il təvəllüdlü Mehrac Hüseynli xəsarət alıb.

Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
 

15:30

Şəmkir rayonunun Qədimqala kəndi ərazisində minik avtomobilinin körpüdən aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı 1965-ci il təvəllüdlü Yaşar Cəfərov, 1995-ci il təvəllüdlü Hüseynli Mehman, 2021-ci il təvəllüdlü Hüseynli Sirac, 1998-ci il təvəllüdlü Nərmin Abbasova, 2018-ci il təvəllüdlü İmeyra Qocayeva və 1971-ci il təvəllüdlü Naibə Hüseynova xəsarət alıb

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

15:13

Şəmkir rayonunda altı nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb.

Nəticədə bir ailənin 6 üzvü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026