• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Aeroport yolunda qəza - Xəsarət alanlar var - YENİLƏNİB

HADİSƏ

12 May 2023 | 15:42

Aeroport yolunda qəza - Xəsarət alanlar var - YENİLƏNİB

TƏBİB bu gün Bakıda, aeroport yolunda baş verən qəzada xəsarət alanların vəziyyəti barədə məlumat yayıb.

Qurumdan Bakıvaxtı.az-a verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan 3 nəfər (1 qadın, 2 kişi) TƏBİB-in tabeliyindəki 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
 

14:26

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, qəza aeroport yolunda qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil "Toyota Prius" markalı avtomobillə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.


Aeroport yolunda qəza - Xəsarət alanlar var - YENİLƏNİBAeroport yolunda qəza - Xəsarət alanlar var - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR