• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı-Quba yolunda avtomobil aşıb - xəsarət alan var

HADİSƏ

10 Iyun 2023 | 21:37 | Müəllif: Subhan Mahmudov

Bakı-Quba yolunda avtomobil aşıb - xəsarət alan var

İyunun 10-da axşam saatlarında Bakı-Quba yolunda "Mercedes" markalı yük avtomobili aşıb.

Bakıvaxtı.az bildirir ki, yolun Sumqayıt ərazisindən keçən hissəsində baş verən qəzada avtomobilin sürücüsü xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobili və Dövlət Yol Polisi əməkdaşları gəliblər.

Hadisə şahidlərinin sözlərinə görə, "Mercedes" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan yük maşını ilə toqquşduqdan sonra idarəetməni itirib və yolun kənarındakı dərəyə aşıb.

Faktla bağlı araşdırma aparılır./azertac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026