• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Yeniyetmə oğlan suda boğularaq öldü - YENİLƏNİB

HADİSƏ

10 Iyul 2023 | 12:29

Yeniyetmə oğlan suda boğularaq öldü - YENİLƏNİB

Masallıda 9–cu sinif şagirdi çayda boğularaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Masallı rayonunun Qəriblər kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində baş verib. Masallı rayonunun Təzə Alvadı kənd sakini 15 yaşlı Nurlan Maarif oğlu Novruzov babası ilə istirahət mərkəzlərinin birinə gediblər. Yeniyetmə ərazidən keçən Viləş çayında çimərkən baş nahiyəsi daşa dəyərək xəsarət alıb. Xəsarət alan Nurlan Novruzov suda boğularaq ölüb. Ətrafda olanların köməyi ilə onun cansız bədəni sudan çıxarılıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, evin kiçik oğlu olan Nurlan 9-cu sinif şagirdi olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

09:13

Masallı rayonunda 15 yaşlı oğlan suda boğularaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qəriblər kəndində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Nurlan Novruzov Viləşçay su tutumunda çimərkən boğulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR