• Bakı 13° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Dostunu bıçaqlayaraq qaçdı

HADİSƏ

12 May 2023 | 11:45

Dostunu bıçaqlayaraq qaçdı

İsmayıllıda bıçaqlanma olub.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1975-ci il təvəllüdlü Ceyhun Əliyev kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya müraciət edib. Onun aralarında yaranmış mübahisə zamanı dostu, rayonun Basqal qəsəbə sakini Əhmədyar Məhərrəmov tərəfindən bıçaqlandığı bildirilir.

Onların İsmayıllıya istirahət məqsədilə gəldikləri bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon Polis şöbəsində araşdırmalara başlanılıb və müvafiq ekspertiza təyin olunub. C.Əliyevə kəsici alətlə xəsarət yetirdikdən sonra hadisə yerindən yayınan Ə.Məhərrəmovun saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026