DİN Cəbrayılda baş verən yol qəzası barədə məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı Bakıvaxtı.az-a bildirib ki, Cəbrayıl rayonu ərazisində E.Balakişiyevin idarəsində olan "Shacman" markalı yük avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.
Araşdırma aparılır.

















