• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Mingəçevirdə maşın qadını vurdu, körpəsi ilə xəsarət aldı

HADİSƏ

12 Fevral 2023 | 20:26 | Müəllif: Subhan Mahmudov

Mingəçevirdə maşın qadını vurdu, körpəsi ilə xəsarət aldı

Mingəçevirdə piyadanı vuran avtomobil ağaca çırpılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, bu gün saat 15 radələrində Mingəçevir şəhəri ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü Rauf Nəsibov idarəetməni itirib və yolun kənarında piyada qismində olan qadını vurub, daha sonra isə ağaca çırpılıb.

Nəticədə avtomobilin sürücüsü və iki sərnişini, eləcə də piyada qadının qucağındakı körpə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026