• Bakı 10° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Avtobusdakı dava ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB +  VİDEO

HADİSƏ

14 Mart 2023 | 11:21 | Müəllif: Subhan Mahmudov

Avtobusdakı dava ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB + VİDEO

Avtobusda sərnişinlər arasında düşən dava ilə bağlı cinayət işi açılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. 

O bildirib ki, iki nəfərin dalaşmasını əks etdirən görüntülər tərəfimizdən araşdırılıb:

“Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü A.Talıblı barədə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Toplanan materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib”.

 

09:44

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə sərnişin avtobusunda baş verən dava ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.

 

***

Bakıda avtobusda sərnişinlər arasında əlbəyaxa dava düşüb. 

Bakıvaxtı.az bildirir ki, bu barədə görüntülər sosial-şəbəkələrdə yayılıb. 

Görüntülərə əsasən avtobusda olan orta yaşlı kişi gənc oğlanı yerə yıxaraq döyüb. 

Avtobusda olan qadın sərnişinlər vəziyyətə müdaxilə edərək, gənci həmin kişinin əlindən ala biliblər.

Sözügedən görüntüləri təqdim edirik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR