• Bakı 18° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Ayağı velosipedin pedalına sıxışan 4 yaşlı uşağa köməklik göstərilib

CƏMİYYƏT

07 Fevral 2026 | 11:07 | Müəllif: Zeynəb Rzayeva

Ayağı velosipedin pedalına sıxışan 4 yaşlı uşağa köməklik göstərilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

    Xilasedicilər tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində ayağı velosipedin pedal hissəsində sıxılıb qalmış 2022-ci il təvəllüdlü azyaşlıya müvafiq köməklik göstərilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Sentyabr 2026