• Bakı 25° C

    4.14 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

"Azad edilən ərazilərdə səhiyyə sisteminin qurulmasına dəstək verməyə hazırıq" - BMT

CƏMİYYƏT

06 Oktyabr 2021 | 10:11

"Azad edilən ərazilərdə səhiyyə sisteminin qurulmasına dəstək verməyə hazırıq" - BMT

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev BMT-nin Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, COVID-19 mövzusuna toxunan tərəflər Azərbaycanın pandemiya ilə mübarizədə uğurlu tədbirlər gördüyünü vurğulayıblar.

Həmçinin Azərbaycanın peyvəndləmə səviyyəsi baxımından öndə gedən ölkələr sırasında olduğu qeyd edilib.

Görüşdə ölkədə tibbi xidmətlərin rəqəmsallaşdırılmasının uğurla davam etdirilməsi, yoluxucu xəstəliklərə qarşı mübarizə, habelə ilkin sahiyyə xidmətlərinin genişləndirilməsi və tibbi təhsilin perspektivləri və digər məsələlər də müzakirə olunub.

Vladanka Andreyeva 44 gün davam etmiş Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə BMT-nin səhiyyə sisteminin qurulmasına və inkişafına dəstək verməyə hazır olduğunu bildirib.

Görüş əsnasında Səhiyyə Nazirliyi ilə BMT-nin strukturlararası əlaqələrin daha da gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.


"Azad edilən ərazilərdə səhiyyə sisteminin qurulmasına dəstək verməyə hazırıq" - BMT
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026