• Bakı 18° C

    2.36 m/s

AZAL Parisə uçuşları bərpa edir

İQTİSADİYYAT

16 Fevral 2023 | 17:04 | Müəllif: Qalib İbrahimoğlu

AZAL Parisə uçuşları bərpa edir

Bu yaz "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakıdan Fransanın paytaxtı Parisə uçuşları bərpa edir.

Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, cədvəldə həftədə 2 dəfə - çərşənbə axşamı və cümə günləri Bakıdan Parisə və əks istiqamətdə uçuşlar nəzərdə tutulub. İlk uçuş mayın 9-u həyata keçiriləcək.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi www.azal.az  saytında tanış ola bilərsiniz.

Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026