Bu ilin yanvar-fevral aylarında Azərbaycan 3 min 47 ton çay idxal edib.
Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın dəyəri 18 milyon 610 min ABŞ dollar təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 min 285 ton (72,9 %), dəyər baxımından isə 9 milyon 713 min ABŞ dolları (2,1 dəfə) çoxdur.
Hesabat dövründə çay idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,45 %-ni təşkil edib.
2 ay ərzində Azərbaycan həmçinin 122 ton çay ixrac edib. Bu həcmdə çayın dəyəri 1 milyon 105 min ABŞ dolları təşkil edib.
Bunlar, 1 il əvvələ nisbətən həcm baxımından 24 ton (24,5 %), dəyər baxımından isə 190 min ABŞ dolları (20,7 %) çoxdur.
Hesabat dövrüdə çay ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,02 %-ni təşkil edib.