• Bakı 25° C

    4.14 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Azərbaycan prezidenti regionda formalaşan yeni geosiyasətin müəllifidir - Deputat

SİYASƏT

05 May 2023 | 11:47 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan prezidenti regionda formalaşan yeni geosiyasətin müəllifidir - Deputat

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş torpaqlarımıza, Qarabağa səfər edib. Həmişə olduğu kimi, bu səfər də çox zəngin proqram çərçivəsində olub.

Prezident işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən bərpa quruculuq işləri ilə, eləcə də təməlqoyma və açılış mərasimlərində iştirak etməklə bərabər, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçirilən beynəlxalq konfrasda da iştirak edib. Belə ki,dövlətimizin başçısı mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən dördüncü beynəlxalq konfransda iştirak edərək, burada ənənəvi olaraq, çox mükəmməl çıxış edib.

Deputat Məlahət İbrahimqızının Bakıvaxtı.az-a dediyinə görə, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrasda prezident İlham Əliyev beynəlxalq aləmdə baş verən kürəsəl peoseslər və ildən-ilə enerji ehtiyacları və artan çağırışlar, regionumuzdakı təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması haqqında çox geniş və ətraflı danışıb: “Əslində cənab İlham Əliyevin çıxışının və xarici iştirakçılar tərəfindən ünvanlanmış hər sualın cavabının hər birinin xüsusi şərhə ehtiyac var. Dövlətimizin başçısı konfransda iştirak edən nüfuzlu beynəlxalq ekspertlərin müxtəlif mövzularla bağlı sualları çox əhatəli şəkildə cavablandırdı. Prezidentin səsləndirdiyi fikirlər və verdiyi cavablar bir sıra qaranlıq məsələlərə işıq saldı, regionun gələcəyi ilə bağlı aydın baxışlar formalaşdırdı”.

Məlahət İbrahimqızı, deputat

M.İbrahimqızı qeyd edib ki, dünyada böyük nüfuz qazanan Azərbaycan prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində artıq ən mühüm mövzuların və problemlərin müzakirə olunduğu beynəlxalq tədbirlırin keçirildiyi məkana çevrilib. Bu mənada ölkəmiz beynəlxalq aləmdə mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır:  “Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin olunması və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının çoxalması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir. Prezidentimiz konfransda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən danışarkən əgər Ermənistan sülh istəmirsə, sülhün olmayacağı fikrini də səslındirərək, təkcə rəsmi İrəvana deyil, həm də onun havadarlarına çox sərt və açıq mesajlar göndərdi. Sülh sazişinin daha çox Ermənistanın marağına xidmət etdiyini xüsusi vurğulayan Azərbaycan Prezidenti qeyd etdi ki, tarix onlara dərs versə də, hələ bu dərsdən nəticə çıxarmırlar. Görünür, Erməniatan üçün yeni dərslər lazımdır. Qürurla deməliyik ki, prezidentimiz regionda baş verən yeni reallıqların və formalaşan yeni geosiyasətin bilavasitə müəllifidir və postmünaqişə mərhələsinin konturlarını müəyyənləşdirən və bölgədə əsas söz sahibidir”.

Onun sözlərinə görə, bununla bərabər İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi diplomatiya və diolomatik manevr və diplomatik rəngarənglik hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində öz əksini tapır: “Məhz bu mənada qeyd etmək çox yerinə düşərdi ki, Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. Bununla bərabər Azərbaycan bir tərəfdə regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür, digər tərəfdən regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında çox maraqlı olduğunu konkret işləri ilə sübut edir və bunda israrlı olduğunu bildirir. Hər kəsə məlumdur ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan bütün dünyaya, xüsusilə də bölgədə maraqlı olan qüvvələrə açıq və qəti mövqeyini bildirmiş və münaqişənin bitdiyini bəyan etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra çıxışlarında qeyd etdi ki, artıq münaqişə öz həllini tapıb və ölkəmiz bölgənin yeni səhifəsini sülh və təhlükəsizlik yeni səhifəsini açır. Onun bu fikirləri əslində işğalçı Ermənistana dolayısı və birbaşa sülh mesajları idi. Prezidentimiz bu fikirləri dəfələrlə səsləndirərək rəsmi İrəvanın gələcəyiinin irəli sürülən təşəbbüslərə konstruktiv cavab verməsindən və gələcək proseslərin Ermənistan və region üçün necə faydalı olacağını bildirirdi”.

M.İbrahimqızı qeyd edib ki, Şuşada keçirilən beynəlxalq konfrasda diqqətçəkən məqamlardan biri də prezidentin bölgədə Azərbaycan-İran münasibətlərinin hazırkı durumu ilə bağlı səsləndirdiyi cavab idi: “Prezident Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyətinin kifayət qədər gərgin olduğunu qeyd etdi. Dövlətimizin başçısı bu münasibətlərin müharibə öncəsi, müharibə dövrü və müharibədən sonrakı zaman üçün fikirlərini bildirərkən rəsmi Tehranın Ermənistanın yanında olduğunu , onu müdafiə etdiyini, hətta işğalçı Ermənistanın ərazi bütövlüyünün İranın qırmızı xətti olduğu mövqeyini də xatırlatdı. Prezident Azərbaycan-İran arasındakı bu gərgin münasibət fonunda
İranda Azərbaycan diplomatik korpusunda həyata keçirilən terror aktının baş verməsinə də kəskin münasibətini bildirdi və bu qanlı olayın beynəlxalq hüquq çərçivəsində qəbuledilməz adlandırdı. O qeyd etdi ki, məlum hadisədən sonra İran-Azərbaycan münasibətiləri son dərəcə gərginləşib. Dövlətimizin başçısı bu cinayət hadisəsinin İranın ali siyasi, hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd etməklə, Azərbaycan dövlətinin hər zaman qonşularla münasibətlərin normal inkişafına maraqlı olduğunu, İranın isə açıq və aydın şəkildə Azərbaycana qarşı düşmənçilik siyasəti yeritdiyini bildirdi”.

Müsahibimizə görə, İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransda bir daha bu məsələyə toxunması İranla münasibətlər və onun normallaşdırılması məsələsində Azərbaycanın maraqlı olduğunu göstərir. Dediyinə görə. bununla bərabər, prezident son zamanlar İran tərəfindən müəyyən məktubların və telefon zənglərinin də gəldiyini və bunların qismən də olsa müsbət proseslər olduğunu qeyd etdi: “O, bütün bunlara baxmayaraq münasibətlərin gərginləşməsinə gətirib çıxaran səbəblərin İran tərəfindən aradan qaldırılmadığını da qeyd etdi. Rəsmi İranın bu istiqamətdə konkret addım atmaq istəmədiyini və hər şey İranın davranışından asılı olduğunu səsləndirən prezidentimizin bu fikirləri əslində İran tərəfi üçün çox ciddi mesajlardır”.

M.İbrahmqızı qeyd edib ki, dövlətimizin başçısının konfrasda çıxışında və suallara verdiyi cavablarında qırmızı xətlə qeyd etməli olduğumuz qürurverici məqamlardan biri də onun bir daha səsləndirdiyi “Azərbaycanla heç kəs güc, hərb və təyziq dili ilə danışa bilməz” mesajlarıdır: “Prezidentimiz bu fikirləri ilə bir daha bəyan edirdi ki, Azərbaycanla ancaq qarşılıqlı hörmət və faydalı əməkdaşlıq münasibətləri qurmaq mümkündür. Azərbaycan- İran münasibətlərində isə  münasibətlərin normallaşması və ya əvvəlki səviyyəyə qayıdışı İranın davranışından, atacağı müsbət addımlardan asılıdır”.
“Prezidentimizin Qarabağa səfəri, eləcə də Şuşada keçirilən beynəlxalq konfrasdakı çıxışı və suallara cavabı bir daha göstərdi ki, Azərbaycan dövlətinin həyata keçirdiyi diplomatiya Avrasiya məkanında yeni formalaşan geosiyasətdə ən əsas amillərdən biridir”, - deyə Məlahət İbrahimqızı vurğulayıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026