• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycan-Ermənistan razılaşması: Sülh yolunda atılan addım

SİYASƏT

08 Dekabr 2023 | 17:11

Azərbaycan-Ermənistan razılaşması: Sülh yolunda atılan addım

"Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar sülh yolunda atılmış çox müsbət addımlardır".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib.

Ekspert bildirib ki, əgər Ermənistan Rusiyanın təsiri altında olmağa davam etsəydi, yəni hakimiyyətdə Nikol Paşinyan deyil, Robert Koçaryan və yaxud Serj Sarkisyan tərəfdarları olsaydı, belə bir addım atılması heç vaxt mümkün olmazdı: "Bu, Ermənistanın Avropa yönündə xarici siyasətə meyillənməsinin və təbii ki, Azərbaycanın uğurlu xarici siyasətinin, gedişlərinin nəticəsidir. Amma yaddan çıxartmayaq ki, hər ilin sonunda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması söhbəti gündəmdə olur. Sonradan fərqli proseslər gedir. O baxımdan indiki razılaşmanın sülh müqaviləsinin imzalanmasına necə töhfə verəcəyi vacib məsələdir”.

Onun sözlərinə görə, iki ölkə də torpaqlarını qarşı tərəfə güzəştə getməklə sərhədlərin demarkasiya və delimitasiya olunmasına, sülh müqaviləsinin imzalanmasına razı olmayacaq. Ermənistanın Qaragöl ətrafındakı torpaqlarının Azərbaycana təhvil verilməsi, sovet Ermənistanın keçmiş sərhədlərinin bərpa olunması kimi məsələlər həm iqtidarı, həm də ictimaiyyəti ciddi şəkildə narahat etməkdədir.

Analitik Rusiya faktorunun sülh müqaviləsinin imzalanması prosesinə mane olduğunu diqqətə çatdırıb: "Rusiya XİN sözçüsü Mariya Zaxarova sovet xəritələrini Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalamaq üçün təhvil verməyə hazır olduqlarını açıqladı. Görünən odur ki, Rusiya iki ölkə arasında imzalanacaq müqavilələrdə iştirak etmək, daha doğrusu müdaxilə etmək və mane olmaq cəhdlərini buraxmır. Nə qədər ki, Rusiya faktoru həm Ermənistana, həm də Azərbaycana təsir göstərir, iki ölkə arasında hərtərəfli və tamhüquqlu sülh müqaviləsinin imzalanması mümkün olmayacaq".

Qeyd edək ki, Azərbaycan və Ermənistan tərəfi arasında anlaşma olub. Prezident Administrasiyası və Ermənistan baş nazirinin Aparatı birgə açıqlama yayıblar. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq ediblər. Etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub. Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan 32 erməni hərbçini azad edir. Ermənistan da 2 azərbaycanlı hərbçini azad edəcək. Həmçinin, Ermənistan COP29-a ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024