• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Həm ağlamalı, həm də gülməli hesabat: ABŞ-ın başqa siyasi maraqları var

SİYASƏT

07 Yanvar 2024 | 15:41 | Müəllif: Qalib İbrahimoğlu

Həm ağlamalı, həm də gülməli hesabat: ABŞ-ın başqa siyasi maraqları var

“ABŞ Dövlət Departamentinin hesabatı həm çox gülməli, həm də ağlamalıdır”.

Bunu politoloq Cümşüd Nuriyev Bakıvaxtı.az-a ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında Azərbaycanla bağlı səsləndirilən əsassıs fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ boyda dövlət əsassız məlumatlar yaymaqla seçki qabağı ermənilərin xoşuna gəlmək istəyir: “Vallah, doğrudan da, bu, böyük dövlət üçün bir faciədir. Özünə hörmət edən dövlət belə əsassız, saxta məlumatları yaymaqla özünə hörmət qazandıra bilməz. ABŞ yavaş-yavaş Ermənistanlaşır”.

Müsahibimiz bildirib ki, əvvəla, ABŞ-ın Azərbaycanda dini tolerantlığı qəbul etməməsi öz problemidir: “İkincisi, 30 il Qarabağ ərazisində Azərbaycan məscidləri dağıdıldı, orda bir azərbaycanlı müsəlman qalmadı, bütün udinlərin hüquqları tapdandı, onda ABŞ-ın Dövlət Departamenti harda idi?”.

Nuriyev qeyd edib ki, ABŞ bir tərəfdən İranın fundamental şiəçiliyi əleyhinə çıxış edir, digər tərəfdən Azərbaycanda dini tolerantlığın olmadığını sübut etməyə çalışır. Politoloqa görə, bu o deməkdir ki, ABŞ bu və ya digər formada Azərbaycanda hakimiyyətin dəyişməsini hansı yolla olur olsun həyata keçirməyə çalışır: “Yəni bunların rəngli inqilabları alınmadı, dini inqilabları gündəmə gətirmək istəyirlər. ABŞ bunun da alınmayacığa əmin ola bilər”.

C.Nuriyev vurğulayıb ki, ABŞ-ın bir tərəfdən dini fundamentalizmin əleyhinə təbliğat aparıb, digər tərəfdən başqa bir dövləti buna görə ittiham etməsi absurddur: “Bütün hallarda, ABŞ Dövlət Departamentinin qəbul etdiyi qərar başdan ayağa yalandan ibarətdir. Onu da qeyd edək ki, bu, ABŞ dövlətinin birinci belə sərsəm bəyanatı olmayacaq. Görünən odur ki, ABŞ-ın başqa siyasi maraqları var, onu təmin etmək üçün Azərbaycana şər atmaqda davam edəcək”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026