• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ukrayna səfiri Gürcüstan DTX-nin bəyanatına münasibət bildirdi

 

SİYASƏT

06 Fevral 2024 | 15:30

Ukrayna səfiri Gürcüstan DTX-nin bəyanatına münasibət bildirdi

Ukraynanın Gürcüstandakı səfirliyi Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bəyanatına münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna səfirliyi Gürcüstan tərəfinin məsələni siyasiləşdirməyəcəyinə ümid etdiyini bəyan edib.

    Qeyd olunub ki, diplomatik nümayəndəlik Gürcüstan DTX-nin Ukrayna vətəndaşlarının Gürcüstan ərazisi ilə Rusiyaya partlayıcı vasitələr aparmağa çalışmasına dair məlumatları yoxlayır. Səfirlik, həmçinin obyektiv və tərəfsiz araşdırmanın təmin edilməsi məqsədilə Gürcüstanın aidiyyəti orqanları ilə əməkdaşlığa hazırlığını ifadə edib.

    Qeyd edək ki, Gürcüstan DTX ötən gün Rusiyaya keçirilməsi planlaşdırılan 14 kiloqram partlayıcı vasitənin ələ keçirildiyini bəyan edib. Məlumata görə, yanvarın 19-da Odessadan yola çıxmış yük Rumıniya, Bolqarıstan və Türkiyədən keçərək Gürcüstana daxil olub. C-4 tipli partlayıcı vasitənin Rusiyanın Voronej şəhərinə çatdırılmalı olduğu bildirilib. Gürcüstan DTX prosesdə iştirak edən 7 Gürcüstan, 3 Ukrayna və 2 Ermənistan vətəndaşının müəyyən edildiyini bəyan edib.

    Prosesin təşkilatçısının isə əslən Batumidən olan, 2020-ci ildə Ukraynanın hakim “Xalqın Xidmətçisi” partiyasından Odessa Radasının Kiyev üzrə deputatlığa namizədi, Ukrayna vətəndaşı Andrey Şaraşenidze olduğu bildirilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Sentyabr 2026