Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtda Türkiyəyə gələcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Valettada maltalı həmkarı Lan Borg ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, tərəflərin müzakirə edəcəyi bir çox mövzu var: “Eyni zamanda Cənubi Qafqazla bağlı iki ölkə arasında koordinasiya da vacibdir”.
“Vladimir Putinin səfəri zamanı bir çox regional və ikitərəfli məsələlər, o cümlədən Ukraynadakı vəziyyət müzakirə olunacaq”, - nazir söyləyib.
Qeyd edək ki, V.Putinin fevralın 12-də Türkiyəyə səfəri gözlənilir.












jpeg-1709792574.webp)



