• Bakı 23° C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ceyhun Bayramov TDT baş katibi ilə görüşdü - FOTO

SİYASƏT

06 Fevral 2024 | 14:24 | Müəllif: Qalib İbrahimoğlu

Ceyhun Bayramov TDT baş katibi ilə görüşdü - FOTO

Bu gün xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin müşahidəsi ilə bağlı ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və TDT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, ölkəmizdə keçiriləcək Prezident seçkilərinə hazırlıq işləri müzakirə olunub.

Ölkəmizin TDT çərçivəsində müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, bağlantılar, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsi, Təşkilatın gücləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

Bu istiqamətdə, son dövrlərdə üzv ölkələr arasında təmasların artmasının mövcud əməkdaşlıq imkanlarından səmərəli istifadə üçün şərait yaratdığı bildirilib.

Bu il Təşkilatın ölkəmiz daxil, üzv dövlətlərdə keçiriləcək yüksək səviyyəli tədbirlərinin təşkilatın daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin ölkəmiz üçün simvolik əhəmiyyət daşıdığını qeyd edib. Seçki prosesinin təşkili ilə bağlı XİN tərəfindən görülmüş hazırlıq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, prosesin şəffaflığının müşahidəsi baxımından regional və beynəlxalq təşkilatların, o cümlədən, TDT-nin müşahidəçi qismində aktiv iştirakının təqdirəlayiq olduğunu bildirib.

Baş katib Kubanıçbek Ömüralıyev, ölkəmizə növbəti səfərinin təşkil olunan tarixi növbədəkənar Prezident seçkiləri dövrünə təsadüf etməsindən məmnunluq duyduğunu, keçiriləcək seçkilərin nəticələrinin Azərbaycanın inkişaf və rifahına xidmət edəcəyinə əmin olduğunu bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikr mübadiləsi aparılıb.


Ceyhun Bayramov TDT baş katibi ilə görüşdü - FOTOCeyhun Bayramov TDT baş katibi ilə görüşdü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026