• Bakı 15° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Prezident seçkiləri: Namizəd olmaq istəyənlər üçün müddət başa çatır

SİYASƏT

07 Yanvar 2024 | 08:32 | Müəllif: Qalib İbrahimoğlu

Prezident seçkiləri: Namizəd olmaq istəyənlər üçün müddət başa çatır

Sabah növbədənkənar prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması ilə bağlı zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatır.

Bakıvaxtı.az-ın məlumatına görə, Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, ötən dövr ərzində 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib. Prezidentliyə namizədliyi qeydə alınanların sayı isə hələlik 3-dür. MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin, dünən keçirilən iclasında isə Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026