• Bakı 7° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İrəvan üçün tamam, yoxsa davam?

SİYASƏT

05 Fevral 2024 | 13:16

İrəvan üçün tamam, yoxsa davam?

Ötən ilin sentyabrında antiterror əməliyyatlarının keçirilməsindən sonra Azərbaycanla Ermənistan arasında Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələsi de-fakto həll olundu.

Xankəndi və ətraf ərazilərdə yaşayan şurtvatsların (Qarabağ erməniləri - red.) bölgəni könüllü surətdə tərk etməsindən sonra Azərbaycana qarşı iddiaları zəifləmiş İrəvan sərhəd kəndlərlə bağlı məsələlərdə yekun nəticədən qaçmağa başladı.

Qazaxın anklav olmayan 4 kəndinin son taleyi ilə bağlı ötən ay yerli televiziyalara müsahibəsində dövlət başçısı İlham Əliyevin söylədiyi fikirlər isə Bakının bu torpaqları, o cümlədən anklav kəndləri güzəştə getməyəcəyini faktiki olaraq sübuta yetirmiş oldu.

Tərəflər arasında bəzi məsələlərdə anlaşılmazlığın olmasına baxmayaraq, Ermənistan siyasi hakimiyyətinin kuluarlarında yeni konstitusiya ilə bağlı çağırışların səslənməsi, əslində, Paşinyan hakimiyyətinin mövcud siyasəti dəyişmək aktı kimi qiymətləndirilir. Doğrudur, rəsmi Parisdən İrəvana təzyiqlərin günbəgün artması, habelə Avropa İttifaqının Müşahidə Missiyasının 200-dən çox üzvünün sərhəddəki mövcudluğunu genişləndirməsi Avropanın Paşinyan hakimiyyətini marionet bir kukla kimi idarə etməsi vizualı versə də, bəzi situasiyalarda Qərb rəsmiləri artıq hakim “Vətəndaş müqaviləsi” fraksiyasına verdiyi dəstəyi faktiki kəsib.

Paşinyanın partiyadaşları ilə arasında olan ziddiyyətlər, eləcə də XİN rəhbəri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın yeni konstitusiya tələbi ilə bağlı fərqli mövqedə olması hakim elitada çatların yaranmasına gətirib çıxarır. Bütün bunların fonunda Rusiyaya bağlı olan ölkə müxalifətinin isə separatçıların Bakıdakı istintaq təcridxanalarında saxlanılması reallığını hakimiyyətin qarşısına fakt kimi çıxarması, hətta bunu Paşinyan iqtidarı üçün “utanc simvolu” göstərməsi mövcud vəziyyəti bir xeyli gərginləşdirib.

Bir sıra analitiklərin fikrincə, İrəvan indiki perspektivdə Bakı ilə masaya oturmasa, 6 ay ərzində tərəflər arasında yeni müharibə və yaxud silahlı konfrontasiya riskinin olması labüddür. Məhz bu iddia ilə çıxış edən nüfuzlu “Stratfor” nəşri onu da əlavə etmişdi ki, Paşinyan hakimiyyəti yeni müharibə riskindən qaçmaq üçün mövcud çağırışları qəbul etməli və masaya oturmalıdır.

Masanın sahibi olmaq uğrunda isə hazırda ölüm-dirim savaşı gedir. Azərbaycanın Fransanın müdaxiləsindən sonra Brüssel formatından imtina etməsi, bundan əlavə, Moskvanın bütün rıçaqları əlinə alması üçün İrəvana təzyiqləri artırması indi iki arada, bir dərədə qalan Ermənistan hakimiyyəti üçün əsl faciəyə çevrilib. Görünən odur ki, İrəvan üçün tamam, yaxud davam bundan sonra başlayacaq.

Rafi Müslümov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026