• Bakı 13° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Azərbaycan Gürcüstan iqtisadiyyatına yatırımlarını artırıb

İQTİSADİYYAT

26 Mart 2025 | 10:39

Azərbaycan Gürcüstan iqtisadiyyatına yatırımlarını artırıb

Ötən il Gürcüstanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 35,4 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 4,3 milyon ABŞ dolları və ya 10,8% azalıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstandan yatırılan investisiyaların payı 0,5% təşkil edib.

Öz növbəsində, Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına 165 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 77,8 milyon ABŞ dolları və ya 1,9 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstana həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 9,4% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 39,6 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 87,2 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.

Məqalədə:


SON XƏBƏRLƏR

28 Mart 2025