• Bakı 10° C

    11.8 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Azərbaycan İsveçrədən qızılın tədarükünü 5 dəfəyə yaxın artırıb

İQTİSADİYYAT

16 Fevral 2026 | 10:55

Azərbaycan İsveçrədən qızılın tədarükünü 5 dəfəyə yaxın artırıb

Ötən il Azərbaycan 6 milyard 264,8 milyon ABŞ dolları dəyərində 57 min 475 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 89 %, kəmiyyət olaraq – 40 % çoxdur.

Hesabat dövründə Azərbaycan İsveçrədən 1 milyard 198 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 dəfə çox) 9 min 384 kiloqram (+4,8 dəfə), Avstraliyadan 889,8 milyon ABŞ dolları dəyərində (-39 %) 8 min 99 kiloqram (-55 %), Amerika Birləşmiş Ştatlarından 860 milyon ABŞ dolları dəyərində (-19 %) 7 min 466 kiloqram (-42 %), Rusiyadan 677,9 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 6 min 939 kiloqram (+3,5 dəfə), Özbəkistandan 508,3 milyon ABŞ dolları dəyərində 4 min 149 kiloqram (ilk dəfə tədarük olub) qızıl alıb.

2020-2023-cü illərdə Azərbaycana toplam olaraq xaricdən 98,3 milyon ABŞ dolları dəyərində 1 724 kiloqram eyni adda qızıl gətirildiyi halda, 2024-cü ildə 3 milyard 313 milyon ABŞ dolları dəyərində 41 min 78 kiloqram həmin məhsuldan idxal olunub.

Ötən il Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 326,2 milyon ABŞ dolları dəyərində 4 min 522 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 54 % və 6 % çoxdur.


SON XƏBƏRLƏR

15 Fevral 2026