• Bakı 16° C

    13.4 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

"Azərbaycan media landşaftı üzrə məlumat bazası" təqdim olunur

MEDİA

16 Iyul 2024 | 12:06

Azərbaycan media landşaftı üzrə məlumat bazası təqdim olunur

Mətbuat Şurasında "Azərbaycan media landşaftı üzrə məlumat bazası"nın təqdimat mərasimi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Rəşad Məcid, Medianın İnkişafı Agentliyinin sədr müavini Natiq Məmmədli və digər media nümayəndələri iştirak edirlər.

Bildirilib ki, məlumat bazası Azərbaycan media məkanı barədə cəmiyyətdə aydın təsəvvür formalaşdıran bir layihə olacaq.

Qeyd edilib ki, bu baza Azərbaycan media mühiti barədə detallı və obyektiv informasiya əldə etmək istəyən şəxslər üçün çox mühüm vasitədir.

Tədbirdə layihənin maliyyə dəstəkçisinin Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, texniki və metodiki dəstəkçisinin isə Jurnalistlərin Həmkarlar İttifaqı olduğu iştirakçıların diqqətinə çatdırılıb.

Keçirilən konfrans layihə çərçivəsində Azərbaycan media məkanının müzakirəsinə həsr ediləcək 5 konfransdan biridir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

17 Oktyabr 2024