• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Həştərxanda Xəzər Media Forumu  keçiriləcək

MEDİA

08 Avqust 2024 | 11:48

Həştərxanda Xəzər Media Forumu  keçiriləcək

Avqustun 16-da Həştərxanda “Mədəniyyətlərin dialoqu Xəzər regionunun inkişafının əsası kimi” mövzusunda IX Xəzər Media Forumu işə başlayacaq.

Bakıvaxtı.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Həştərxan vilayətinin mədəniyyət naziri Olqa Prokofyeva məlumat verib.

“Xəzər Media Forumu vahid informasiya sahəsi yaratmaq vəzifəsini yerinə yetirir, informasiyanın saxtalaşdırılmasının aradan qaldırılmasına kömək edir, əsas məsələlər üzrə vahid informasiya gündəmini formalaşdırır və konstruktiv dialoq platformasına çevrilir. 2024-cü il forumu avqustun 16-da keçiriləcək”, - deyə O.Prokofyeva bildirib.

Tədbirin unikal davamı Həştərxan Kremlinin tarixi dekorasiyası fonunda açıq səma altında opera tamaşasının nümayiş etdiriləcəyi “Xəzər fəsilləri” mədəniyyət festivalı olacaq. Festival tədbirlərində dünya səhnəsinin ulduzları iştirak edəcəklər.

Bundan əlavə, festival çərçivəsində Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistandan olan musiqiçilərin daxil olduğu Xəzəryanı Dövlətlərin Simfonik Orkestri də çıxış edəcək.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024