• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Tanınmış jurnalist VƏZİFƏDƏN GETDİ

MEDİA

05 Sentyabr 2024 | 14:05

Tanınmış jurnalist VƏZİFƏDƏN GETDİ

“13 ildir çalışdığım SİRAB şirkətindən ayrılma qərarı verdim”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “SİRAB” şirkətinin İnzibati işlər direktoru Sərkərdə Sərxanoğlu bildirib.

Onun sözlərinə görə, SİRAB-da keçirdiyi 13 illik iş həyatında bir çox dəyərli təcrübələr qazanın, möhtəşəm insanlarla işləyib və böyük layihələrdə iştirak edib:

“Hər addımımda öyrəndiyim dərslər və birlikdə keçirdiyimiz anlar üçün SİRAB ailəsinə və bütün həmkarlarıma sonsuz təşəkkür edirəm”.

S.Sərxanoğlu qeyd edib ki, bir mərhələnin başa çatması, yeni yolların açılması deməkdir: “Həyatımın bu yeni dövründə öz üzərimdə daha çox çalışacaq və maraqlı imkanlar kəşf edəcəyəm. Yeni başlanğıclar və yaradıcılıq üçün əla bir vaxtdır”.

Gələcək addımlara gəlincə, Sərkərdə Sərxanoğlu bildirib ki, öz potensialını tam şəkildə istifadə etmək və fərqli layihələrə dərinlik qatmaq üçün həyəcanlıdır:

“Bu yeni dövrdə bir sıra maraqlı ideyalar üzərində çalışıram, hansılar ki, tezliklə sizinlə də paylaşacağam”.

Qeyd edək ki, Sərkərdə Sərxanoğlu bundan əvvəl ölkənin müxtəlif KİV-lərdə - "Şərq",  "7 gün", "Hüriyyət", "Xalqın səsi", "Olaylar" qəzetlərində çalışıb. O, "Reportyor" qəzetinin təsisçisi bə baş redaktioru olub.

Murad Məmmədli


SON XƏBƏRLƏR

20 Dekabr 2024