Bir neçə gün əvvəl əməliyyat olunan tanınmış jurnalist Azər Rəşidoğlu xəstəxanadan evə buraxılıb.
Bu barədə Bakıvaxtı.az-a jurnalistin özü məlumat verib.
A.Rəşidoğlu səhhətinin yaxşılığa doğru getdiyini deyib:
“Vəziyyətim qənaətbəxşdir. Müalicəm davam edir, xəstəxanaya gedib-gəlirəm. Bütün həkim heyətinə, eləcə də durumumla maraqlanan həmkarlarımın hamısına minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, səhhətində yaranmış problemlə əlaqədar Milli Onkologiya Mərkəzinə müraciət edən tanınmış jurnalist Azər Rəşidğolu sentyabrın 6-da əməliyyat olunub.
Murad Məmmədli