• Bakı C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

İnformasiya təhlükəsizliyi və peşəkarlıq meyarları mövzusunda konfrans keçirilib

MEDİA

11 Oktyabr 2024 | 14:00

İnformasiya təhlükəsizliyi və peşəkarlıq meyarları mövzusunda konfrans keçirilib

Bakıda "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda konfrans keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə baş tutan toplantıda bu qurumun İdarə Heyəti üzvləri, Medianın İnkişafı Agentliyinin (MEDİA) rəhbərliyi, müxtəlif mətbuat orqanlarının baş redaktorları media təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Konfransda çıxış edən MŞ sədri Rəşad Məcid, Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə və MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov müzakirəyə çıxarılan mövzu ilə bağlı fikirlərini bölüşərək Azərbaycan dövlətinin və cəmiyyətinin media ilə bağlı gözləntilərindəki ayrı-ayrı məqamları dilə gətiriblər.

MŞ sədrinin müavini, Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu siyasi-ideoloji müstəvidə Azərbaycana qarşı aparılan informasiya müharibəsi və cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsində medianın rolu mövzusunda çıxış edib.

Sonra MŞ İdarə Heyətinin uzvü, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) rəhbəri Müşfiq Ələsgərli dezinformasiya ile mübarizədə tətbiq edilen mexanizmlər, inzibati və hüquqi modellər barədə söz açıb.

MŞ İdarə Heyətinin üzvü Fərid Pərdəşünas Azərbaycan mediasının rəqəmsal transformasiyası şəraitindəki üstünlüklər və çatışmazlıqlardan danışıb: "Süni intellekt artıq jurnalistika peşəsini də yerinə yetirə bilir. Tərcümə, korrektə, redaktə işlərini həyata keçirir. Süni intellektlər artıq Azərbaycan dilində çox rahat məzmun yarada bilirlər".

O bildirib ki, jurnalistika artıq fərdiləşməyə doğru inkişaf edir: "Jurnalistlər bu sahədə maarifləndirilməlidir. Süni intellektin bu qədər inkişafını nəzərə alaraq, jurnalistlər süni intellekt biliklərini inkişaf etdirməlidirlər. Gələcəkdə media qurumları da bu bacarığa malik olan jurnalistlər axtaracaq".

MŞ İdarə Heyətinin üzvü Hacıbəy Heydərli isə sosial şəbəkələrlə rəqabətdə mediadan gözləntilər mövzusunda fikirlərini səsləndirib.

Tədbirdə həmçinin BDU Jurnalistika fakültəsinin doktorantları Nurşərəf Tağıyeva ilə Sünbül Zalovanın ölkə mediasında beynəlxalq jurnalistika trendlərinin tətbiqi problemləri mövzusunda birgə təqdimatları olub.

Müzakirələrin yekununda Azərbaycan Mətbuat Şurasının media subyektlərinə tövsiyələri açıqlanıb.

Tövsiyələrdə məzmun yaradıcılığında hansı vasitələrdən istifadə edilməsinə fərq qoyulmadan "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na riayət edilməsinin, yeni medianın operativlik, sərhədsizlik, interaktivlik və s. kimi üstünlüklərinin nəzərə alınaraq, informasiya istehsalının daha da gücləndirilməsinə təkan verilməsinin, dünyada gedən müasir texnoloji inkişafa uyğunlaşmağın və beynəlxalq jurnalistikadakı xüsusilə, Qərb jurnalistikasındakı yeni trend ve tendensiyaların mənimsənilməsinin, dövlətin və cəmiyyətin maraq və mənafelərindən irəli gələn, onların uzlaşdırılmasına xidmət edən materialların sayının çoxaldılmasının və keyfiyyətinin yüksəldilməsinin, Azərbaycan dövlət dilinin normalarına əməl edilməsinin, əsasən proqramlar vasitəsi ilə hazırlanan tərcümə materiallarının keyfiyyətinə diqqətin artınılmasının vacibliyi vurğulanıb.

Tövsiyələrdə həmçinin sosial şəbəkələrdə yayımlanan materiallaın həqiqətə uyğunluğunun ciddi şəkildə yoxlanılmasının, jurnalistlərin mövcud sahədəki manipulyasiyalara həssas yanaşmalarının, xüsusən yeni texnologiyaların, süni intellekt sistemlərinin dezinformasiya yayımında vasitə olduğunun nəzərə alınmasının zəruriliyi üzərində dayanılıb.

Bildirilib ki, media təmsilçiləri məzmun yaradıcılığında yeni texnologiyalardan, o cümlədən, süni intellekt proqramlarından asılı duruma düşməməli, milli maraqların qorunması üçün ölkədə vahid və guclü ictimai rəy formalaşdırmalı, beynəlxalq media ilə əməkdaşlığa can atmalı, Azərbaycanın mövqelərini müdafiə edən məqalələrin və reportajların hazırlanmasına səy göstərməli, dünyada gedən aşkar informasiya müharibəsi şəraitində təcrübə mübadiləsinə üstünlük verilməli olduğu bildirilib. /report


SON XƏBƏRLƏR

20 Dekabr 2024