• Bakı 18° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

MEDİA-dan "Azadlıq radiosu" ilə bağlı AÇIQLAMA

MEDİA

01 Sentyabr 2024 | 17:14 | Müəllif: Əli Hüseynov

MEDİA-dan "Azadlıq radiosu" ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi "Azadlıq Radiosu"nun manipulyativ fəaliyyəti ilə bağlı açıqlama yayımlayıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatda ABŞ Konqresi tərəfindən maliyyələşən “Azadlıq Radiosu”nun Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ictimai rəyi manipulyasiya etməyə yönəlmiş materiallar yayımlamaqda olduğu təəssüflə bildirilib.

Qeyd edilib ki, qanunvericiliyin tələbinə uyğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmiş bütün xarici media subyektlərinin seçkiləri işıqlandırmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciətinə müsbət cavab verilib.

"Lakin “Azadlıq Radiosu”nun bununla bağlı hər hansı müraciəti olmayıb. “Azadlıq Radiosu”nun mənbəyi bilinməyən, qərəzli məlumatları anonim “jurnalist qeydi” altında paylaşması jurnalist adından sui-istifadə halıdır və birmənalı olaraq media etikası prinsiplərinə ziddir.

Qeyd olunanlar fonunda medianın manipulyasiya metodu ilə ictimai rəyi çaşdırmaq cəhdlərini yolverilməz hesab edir və qınayırıq", - açıqlamada vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026