• Bakı 15° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Azərbaycan neftinin qiyməti 66 dollardan aşağı enib

İQTİSADİYYAT

13 Noyabr 2025 | 09:45

Azərbaycan neftinin qiyməti 66 dollardan aşağı enib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,35 ABŞ dolları və ya 3,47% azalaraq 65,43 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67,78 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.


SON XƏBƏRLƏR

12 Noyabr 2025