• Bakı 15° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Azərbaycan Pakistana başsağlığı verdi

SİYASƏT

11 Noyabr 2025 | 21:08

Azərbaycan Pakistana başsağlığı verdi

Pakistanın İslamabad və Vana şəhərlərində baş verən və çoxsaylı insan tələfatına səbəb olan terror aktı xəbərindən dərin kədər hissi keçiririk.

Bakıvaxtı.az xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabındakı paylaşımında bildirilib

"Bu dəhşətli terror aktlarını qətiyyətlə pisləyir və qurbanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına tezliklə sağalmalarını arzulayırıq.

Azərbaycan bütün forma və təzahürlərində terrorizmlə mübarizədə Pakistanla tam həmrəydir", - paylaşımda qeyd olunub.


SON XƏBƏRLƏR